toyda dava

Ağdaşda toyda dava düşüb.

Globalinfo.az xəbər verir ki, hadisə Ağsaray şadlıq sarayında baş verib.

İlkin məlumata görə, musiqiçilərlə toy iştirakçısı arasında başlayan mübahisə sonuncun döyülməsi ilə nəticələnib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Paylaş: