
“Qərb ölkələri Ukraynaya hərbi yardımı dayandırdıqda Ukraynadakı münaqişə sona çatacaq”.
Globalinfo.az xəbər verir ki, bunu “Zvezda” telekanalına açıqlamasında Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Əminəm ki, Qərbdə bir çox insanlar başa düşürlər ki, sülh istəyirlərsə, Ukraynaya hər yardımı dayandırmalıdırlar. Və məsələ sülh yolu ilə, siyasi və diplomatik vasitələrlə həll olunacaq”, – o bildirib.
Qruşkonun Qərb ölkələrinin başçılarının müharibədə maraqlı olduqlarını vurğulayıb.
“NATO-nun strateji sənədlərində məhz Rusiya Federasiyası alyans üçün birbaşa və bilavasitə təhdid kimi göstərilib, onun qarşısı alınmalıdır”, – Qruşko qeyd edib.