a5c73980 f2cf 3766 8d5d 88e2589db891 850

Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, xəstələr şəhərdəki digər tibb müəssisəsinə köçürülür.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhət adına 1 Saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemlərə yol açıb.

Hazırda xəstəxananın reanimasiya şöbəsində olan pasiyentlər Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür.

İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub.

Qeyd edək ki, Abbas Səhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.

Paylaş: