ee53dcbef253db3dc92836c6aa297d92

Rusiya və ABŞ arasında ikitərəfli diplomatik münasibətlərdəki gərginlikləri aradan qaldırmaq məqsədilə aparılan məsləhətləşmələrin İstanbuldan bu ölkələrin paytaxtlarına – Moskva və Vaşinqtona – köçürülməsi barədə ilkin qərar qəbul edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı yeni səfiri Aleksandr Darçiyev TASS agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, bu, onun martın 26-da Vaşinqtonda fəaliyyətə başlamasından sonra verdiyi ilk müsahibədir. Diplomata hazırkı ABŞ administrasiyasının Rusiya ilə münasibətləri yaxşılaşdırmaq yönündə konkret addımlar atıb-atmadığı və diplomatik nümayəndəliklərin fəaliyyətinin normallaşdırılması üzrə növbəti məsləhətləşmələrin nə zaman və harada keçiriləcəyi barədə sual verilib.

Rusiya-Amerika münasibətlərinin tam bərpasə hələ çox uzaqdır. Bu proses çətindir və təkcə Ağ Evə müxalif olan dərin dövlət deyil, həm də Konqresdəki “qartallar” – yəni sabit anti-Rusiya lobbi – tərəfindən ləngidilir”, – Darçiyev cavab verib.

Bununla belə, o qeyd edib ki, müəyyən irəliləyişlər də müşahidə olunur:

“Bu, tamamilə geri dönə biləcək proses olsa da, irəliyə doğru müəyyən hərəkət var. 10 aprel tarixində İstanbulda keçirilən sonuncu məsləhətləşmələr zamanı bu danışıqların hər iki ölkənin paytaxtına köçürülməsi barədə ilkin qərar qəbul edilib”.

Darçiyev əlavə edib ki, növbəti məsləhətləşmələr çox yaxın vaxtlarda Moskvada baş tutacaq.

*** 22:05

Rusiya və ABŞ diplomatik münasibətlərdəki “narahatedici məsələlər” üzrə danışıqları İstanbuldakı neytral məkandan çıxararaq birbaşa öz paytaxtlarında davam etdirməyə qərar veriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri məlumat yayıb.

Xəbər yenilənir…

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: