68483dbe7928668483dbe79287174956486268483dbe7928468483dbe79285

Medianın İnkişafı Agentliyində agentliyin və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, beynəlxalq təlimçilərin iştirakı ilə “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib.

Globalinfo.az xəbər verir ki, təlimdə Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki Baş Qərargahında akkreditə olunmuş, BMT Müxbirlər Assosiasiyasının üzvü olan jurnalistlər – Stefano Vakkara və Cordan Dakamseh keçiriblər.

30 illik təcrübəyə malik olan, İtaliyanın “İtalpress” xəbər agentliyinin ABŞ-dəki müxbiri Stefano Vakkara “Faktlar unudularsa, jurnalistika öz mahiyyətini qoruyurmu?” mövzusunda təqdimatla çıxış edib.

Uzun illər BMT-nin müxtəlif missiyalarında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışan, “Jordan Report Media and Entertainment” şirkətinin prezidenti Cordan Dakamseh isə “Necə nüfuzlu jurnalist olmaq olar?” və “Misinformasiyanın qarşısının alınması üçün sosial mediadan istifadə” mövzularında fikirlərini bölüşüb.

Təlim zamanı etibarlı və araşdırmaya əsaslanan jurnalistikanın cəmiyyət üçün niyə vacib olduğu vurğulanıb, faktların yoxlanılması (fact-checking) mədəniyyətinin təşviqi, media savadlılığının artırılmasında jurnalistlərin rolu, sosial mediada və peşəkar platformalarda jurnalistin öz etibarlı imicini formalaşdırması ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimdə 20 nəfərə yaxın İngilis dilli media nümayəndəsi iştirak edib.
68483dbe6b8ae68483dbe6b8af174956486268483dbe6b8ac68483dbe6b8ad
68483dbe9425f68483dbe94260174956486268483dbe9425d68483dbe9425e 68483dbe8627a68483dbe8627b174956486268483dbe8627868483dbe86279

Paylaş: