i 2 3

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tərəflər İranın nüvə proqramı ilə bağlı növbəti addımları müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrailin dövlət yayım şirkəti “Kan” yayıb.

Təhlükəsizlik sahəsindəki mənbələrin məlumatına görə, İsrail İranın öz ərazisində uranı zənginləşdirmək imkanını qoruyub saxlamasına qətiyyən icazə vermək niyyətində deyil.

“Danışıqların uğursuz olacağı təqdirdə İsrailin İrana qarşı hücum qərarı verməsi ehtimalı gündəmdədir”, – deyə “Kan” bildirir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: