ABŞ-İran arasında növbəti danışıqlar bu tarixdə keçiriləcək – YENİLƏNİB

ABŞ-İran arasında növbəti danışıqlar bu tarixdə keçiriləcək – YENİLƏNİB

ABŞ və İran arasında növbəti nüvə danışıqları iyunun 12-də baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib, lakin o bildirib ki, Vaşinqtonu hələlik Tehranın təkliflərə verdiyi cavablar qane etmir.

“Cümə axşamı İranla görüşümüz var. Gözləyək, görək nə olacaq”, – deyə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, İran rəhbərliyinin nüvə sazişi ilə bağlı “mümkün olmayan” tələblər irəli sürdüyünü deyib.

“Onlar imtina etməli olduqları məsələlərdən əl çəkmək istəmirlər. Uranı zənginləşdirmək hüququ əldə etməyə çalışırlar. Amma bu mümkün deyil – onlar zənginləşdirməyə sahib ola bilməzlər”, – Tramp qeyd edib.


*** 23:49

ABŞ-İran danışıqlarının növbəti mərhələsi iyunun 12-də keçiriləcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

O bildirib ki, Vaşinqton hələ ki Tehranın təkliflərə verilən cavabından razı deyil.

Xəbər yenilənir…

Aysel Əliyeva
Globalinfo.az