Ronaldo karyerasını hansı klubda davam etdirəcəyini açıqladı

Ronaldo karyerasını hansı klubda davam etdirəcəyini açıqladı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr ” klubunda oynamağa davam edəcəyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.

“Gələcəyimlə bağlı heç nə dəyişməyəcək”, – futbolçu bildirib.

Qeyd edək ki, mayın 30-da Ronaldonun futbolçu karyerasını Səudiyyə Ərəbistanı klubunda davam etdirəcəyi məlum olub.

Mətbuatın yazdığına görə, o, klubla yeni iş müqaviləsi imzalayıb, lakin  təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, iyunun 8-də Portuqaliya finalda İspaniyanı məğlub edərək Millətlər Liqasının qalibi olub.

Bundan əvvəl Kriştiano Ronaldonun Millətlər Liqasını qazandıqdan sonra karyerasını bitirəcəyi deyilirdi.

Əliyar Xəlil
Globalinfo.az