Moskvanın Vnukovo hava limanında leysan, dolu və güclü külək səbəbilə dam örtüyü zədələnib. Təbii fəlakət nəticəsində terminal binasını su basıb və bəzi reyslərin cədvəlinə dəyişikliklər edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən verilən açıqlamada bildirilib.
“Güclü yağış, dolu və şiddətli külək səbəbilə Vnukovo hava limanında dam örtüyündə zədələnmələr olub, nəticədə terminal binasında su basmaları qeydə alınıb. Bəzi reyslərin cədvəlində dəyişiklik edilib”, – məlumatda deyilir.
Hazırda hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejiminə keçib. Məqsəd fırtınanın fəsadlarını tez bir zamanda aradan qaldırmaq və uçuşların normal qaydada davam etməsini təmin etməkdir.
Aysel Əliyeva
Globalinfo.az