WhatsApp Image 2025 03 18 at 01.32.34

“Almaniya ordusu Rusiya ilə münaqişəyə hazır olmaq üçün 2028-ci ilə qədər yenidən silahlanmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya ordusunun Satınalmalar Direktorluğunun prezidenti Annit Löniqk-Emden “Tagesspiegel” nəşrinə müsahibəsində deyib.

“Cəmi üç ilimiz var. 2028-ci ilə qədər tam müdafiəyə hazır olmaq üçün lazım olan hər şey alınmalıdır. Əsgərlər yeni avadanlıqla məşq etməlidirlər. Artıq şöbəmiz bu ruhdadır. Biz bunu edəcəyik! İndi şüarımız budur”, – o bildirib.

Ordu rəsmisi Rusiyanın 2029-cu ilə qədər NATO ölkələrinə hücum edə biləcəyini iddia edib.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: