Qaxda qəza: bir ailənin 4 üzvü və iki qardaş yaralandı

Qaxda qəza: bir ailənin 4 üzvü və iki qardaş yaralandı

Qaxda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəzada Abşeron rayon sakinləri – 1986-cı il təvəllüdlü Mehman Abdullayev, onun həyat yoldaşı Şəbnəm Abdullayeva, onların övladları – 2013-cü il təvəllüdlü İ.Abdulla və 2016-cı il təvəllüdlü Ö.Abdulla, Qaxın Turaclı kənd sakinləri 1986-cı il təvəllüdlü Şahlar Bəşirov və qardaşı 1988-ci il təvəllüdlü Yasin xəsarət alıb.

12 yaşlı A.İbrahim Qax xəstəxanasında əməliyyat olunub. Mehman Abdullayev və xəsarət alan digər övladı Zaqatala xəstəxanasına göndəriliblər.

***

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Honda” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Faktla bağlı araşdırma aparılır.