Mingəçevirdə evlərində ölü tapılan ailə ilə bağlı yeni detallar ortaya çıxıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, onların oğlu bir müddət əvvəl Rusiyada güllələlənibmiş.
Qız övladları isə ərdədir, öz ailəsi ilə yaşayır.
***
Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb.
Belə ki, 64 yaşlı Mustafa Babayev asılı vəziyyətdə, 63 yaşlı arvadı Sayalı Babayeva isə üzərində xəsarət izi olmadan ölü vəziyyətdə aşkar edilib.
Meyitlər müayinə üçün morqa təhvil verilib. Faktla bağlı araşdırma başlayıb. Hadisənin dəqiq səbəbləri ekspertiza və istintaqdan sonra məlum olacaq.














