“Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub”.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü olacaq:
“Vatikanda Roma papası Robert Frensis Prevostlə də görüşümüz nəzərdə tutulur. Ümidvaram ki, Azərbaycana da səfər edəcək”, – deyə A. Paşazadə bildirib.