vefat

Ədəbiyyatçı, filologiya elmləri doktoru, professor, uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dünya ədəbiyyatı tarixi kafedrasının müdiri olmuş Tərlan Novruzov bu gün vəfat edib.

Globalinfo.az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

sN5qIgn93hjIL7BEgvUngMSdWs7j64zQkwyYGg2D 640

Qeyd edək ki, professor bir çox elmi əsərlərin, dərslik və monoqrafiyaların, o cümlədən “Sabir irsinin tədqiqi və təbliği”, “M.Ə.Sabir ədəbi məktəbi”, “Sabir və davamçıları”, “Müasir şeirimizdə Sabir ənənələri” kitablarının müəllifidir.

Paylaş: