Screenshot 2025 06 06 002402

Qazaxıstanın paytaxtı Astananın səmasında görünən parlaq işıqlı obyektlərin kosmik aparatın yanaraq parçalanan fraqmentləri olduğu məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Krımdan olan astronom Aleksandr Yakuşçekin danışıb.

Onun sözlərinə görə, atmosferdə müşahidə edilən parçalanma və yanma izləri bunun ya bir peykə, ya da raket daşıyıcısının fraqmentinə aid olduğunu göstərir.

“Biz burada fraqmentasiyanı, yəni ayrı-ayrı hissələrin parçalanaraq yandığını görürük. Bu, tipik kosmik tullantı prosesidir”, – deyə alim bildirib.

Yakuşçekin bu hadisənin meteor yağışı ilə əlaqəli olduğu versiyasını rədd edib. Onun sözlərinə görə, hazırda aktiv meteorit axınları müşahidə edilmir.

Alim həmçinin ehtimal edir ki, bu qəzanın səbəbi Günəşdə baş vermiş güclü alışma və onun yaratdığı maqnit qasırğası ola bilər.

Xatırladaq ki, daha əvvəl Astana səmasında baş verən partlayışlar sosial mediada Rusiyaya məxsus “Oreşnik” raketinin səhvən Qazaxıstana istiqamətlənməsi kimi qələmə verilmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: