Xəbər verdiyimiz kimi, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Globalinfo.az xəbər verir ki, sərəncama əsasən aşağıdakı nazirlər Təşkilat Komitəsinin üzvləri təyin ediliblər:
Sahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri














