632f49c134431632f49c1344321664043457632f49c13442d632f49c13442f

Bərdədə avtomobil vurduğu iki piyadadan biri ölüb.

APA-nın xəbərinə görə, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. Yolu keçmək istəyən 2000-ci il təvəllüdlü İsmayılova Röya Qoşqar qızı həyatını itirib. Onun həyat yoldaşı, qəzada xəsarət alan 1993-cü il təvəllüdlü İsmayılov Adəm Akif oğlu Bərdə rayon xəstəxanasına yerləşdirilib.

Piyadaları vuran sürücü hadisə yerindən qaçıb. Polis onu axtarır.

Paylaş: