683f04c360091683f04c3600921748960451683f04c36008f683f04c360090

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rahid Zahid oğlu Ələkbərli MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rahid Ələkbərli 2023-cü il oktyabrın 31-də Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilmişdi.

Paylaş: