Keniya Prezidenti Uilyams Ruto Azərbaycana dövlət səfərinə dəvət olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Keniya KİV məlumat yayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ruto ilə görüşü zamanı dəvəti çatdırdığı qeyd edilir.
Qeyd edək ki, Ceyhun Bayramov hazırda bu ölkədə səfərdədir. O, səfər çərçivəsində Azərbaycanın keniyadakı səfirliyinin açılışında iştirak edib.