683ec99741671683ec997416721748945303683ec9974166f683ec99741670

Sərfəli xidmətləri ilə tanınan “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən maarifləndirici kampaniyaya tərəfdaşlıq edərək, uşaqların hüquqlarının qorunması və bu sahədə məlumatlılığın artırılmasına dəstək verib.

Layihə çərçivəsində uşaqlar üçün maarifləndirici vörkşoplar, hüquqi bilikləri artıran təlimlər, interaktiv yarışmalar və əyləncəli fəaliyyətlər təşkil edilib. Bu fəaliyyətlərin əsas məqsədi uşaqlara hüquqlarını tanıtmaq, onları cəmiyyətin fəal üzvü olmağa təşviq etməkdir. Yarışmalarda fəallıq göstərən uşaqlar bu ilin sonunda Milli Məclisdə baş tutacaq qanunvericilik simulyasiyasında iştirak edəcək və “uşaq hüquqları səfiri” seçiləcəklər. Layihənin növbəti mərhələsində isə ilin sonuna doğru hüquqi məlumat və yardım imkanlarını əhatə edəcək “Hüquqlarını tanı” adlı mobil tətbiqin istifadəyə verilməsi, 14 regionda maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılıb.

Tədbirin açılış mərasimində çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Biz “Nar” olaraq, uşaqların öz hüquqlarını tanıması, qoruması və cəmiyyətin fəal üzvünə çevrilməsi üçün bu cür təşəbbüsləri önəmli hesab edirik. Hər bir uşağın təhlükəsiz və bərabər imkanlı mühitdə böyüməsi üçün üzərimizə düşən sosial məsuliyyəti qürurla icra edirik.

Sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olaraq, “Nar” uzun illərdir, təhsilin əlçatanlığı, bərabər imkanlar və həssas qruplara dəstək sahəsində ardıcıl layihələr həyata keçirir. Şirkət bu dəfə də uşaqların hüquqlarının tanıdılması və qorunması istiqamətində vacib bir təşəbbüsə dəstək verərək daha dayanıqlı gələcəyin qurulmasına öz töhfəsini verib.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

683ec99b08f77683ec99b08f781748945303683ec99b08f74683ec99b08f76 683ec9984d082683ec9984d0831748945303683ec9984d07f683ec9984d081 683ec9995e35c683ec9995e35d1748945303683ec9995e359683ec9995e35a

Paylaş: