Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Globalinfo.az xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb.
Globalinfo.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan edilib, Dövlət himni oxunub.
İclasın gündəliyinə 7 məsələnin daxil edildiyi bildirilir. Məlumata görə, Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev də iclasda iştirak edir.
Növbədənkənar sessiyanın ilk iclasında əsasən büdcə müzakirələrinin nəzərdə tutulduğu qeyd edilir.