Tovuzun Düz Cırdaxan kəndində rayon sakini çaya düşərək ölüb.
Globalinfo.az xəbər verir ki, suvarma işi görmək istəyərkən 1959-cu il təvəllüdlü Əlizadə Ələkbərovun anidən vəziyyəti pisləşib. Epilepsiya keçirən şəxsin köməksiz vəziyyətdə qalaraq öldüyü ehtimal olunur.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Hadisənin dəqiq səbəbləri araşdırılır.














