mehkeme1675265220

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.

Paylaş: