“ABŞ Prezidenti Donald Tramp nəzərəçarpacaq nəticələr olmasa, yayda Ukrayna münaqişəsinin həlli üzrə danışıqlardan geri çəkiləcək”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov deyib.
“Trampın danışıqlardan nə vaxt imtina edəcəyini dəqiq söyləmək çətindir. Bu, onun səbrindən, digər daxili və xarici siyasət faktorlarından asılıdır. Tərəfdaşları onu vasitəçiliyə davam etməməyə inandırmağa çalışırlar, çünki münaqişəni dayandırmaq asan deyil”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az