96878321 6a22910a 1fd4 4d61 bc36 56302094f7a6 w1023 r1 s

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə şəxsiyyət vəsiqəsi almaq istəyi baş tutmayıb.

Globalinfo.az bildirir ki, bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından verilən məlumatda deyilir.

Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib.

Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır.

Xatırladaq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində bir neçə dəfə dindirilən Eldar Mahmudovun həbs edilməməsinə baxmayaraq, ölkədən çıxışına məhdudiyyət qoyulub.

Paylaş: