68380f9ab51b368380f9ab51b4174850447468380f9ab51b168380f9ab51b2

Ukrayna nümayəndə heyəti Kiyev və Moskva arasında aparılması nəzərdə tutulan danışıqların ikinci raundunda iştirak etmək üçün İstanbula gedib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqların saat 13:00-da başlaması planlaşdırılır. Məlumata görə, Rusiya nümayəndə heyəti də artıq İstanbuldadır.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın danışıqlarda iştirakı gözlənilir.

Qeyd edək ki, bundan öncə danışıqların birinci raundu mayın 16-da baş tutub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: