“Ukraynanın gələcək hərbi statusu İstanbul danışıqlarında əsas məsələyə çevriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın ABŞ-dakı keçmiş səfiri Jerar Araud deyib.
“Həmçinin, Rusiyanın bir tələbi üçün həll yolu tapmaq lazım olacaq. Söhbət Kiyevin NATO-ya üzv olmamasından gedir. Mümkündür ki, Alyans atəşkəsə əməl olunduğu müddətcə Ukrayna ərazisində hər hansı qoşunun yerləşdirilməməsi ilə razılaşsın”, – deyə diplomat bilidirib.
Qeyd edək ki, bu gün Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulda növbəti danışıqlar raundu keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az