zelenski 1

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsini İstanbul görüşündə təmsil edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, daha əvvəl də xəbər verildiyi kimi nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək.

Prezident aparatının rəhbərinin ştatdankənar müşaviri Oleksandr Bevz, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Dyakov, xarici işlər nazirinin müavini Sergey Kislitsa da daxil olmaqla, Ukraynanı 14 nəfər rəsmi şəxs təmsil edəcək. Bu dəfə nümayəndə heyətinin əvvəlki üzvlərindən biri – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Mərkəzi Hüquq İdarəsinin beynəlxalq və əməliyyat hüququ idarəsinin rəisi Aleksey Malovatski heyətə daxil edilməyib.

photo 2025 06 01 19 08 01

*** 17:11

İstanbulda Ukrayna nümayəndə heyətinə yenidən müdafiə naziri Rustem Umerov başçılıq edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Kiyev danışıqların yeni raunddan əvvəl mövqeyini formalaşdırıb. Birincisi, tam və qeyd-şərtsiz atəşkəs, ikincisi, məhbusların azad edilməsi, üçüncüsü, oğurlanmış uşaqların geri qaytarılmasıdır”, – deyə dövlət başçısı prioritetləri sadalayıb.

O əlavə edib ki, uzunmüddətli və davamlı sülhün bərqərar olması üçün prezidentlərin görüşü lazımdır:

“Çünki əsas məsələləri yalnız biz həll edə bilərik”.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: