“Ruslar Marsa uçmaq istəyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “SuperJob” xidmətinin araşdırmasında qeyd olunub.
Bildirilib ki, hazırda respondentlərin 27 faizi Qırmızı Planetə səyahət etmək arzusundadır:
“73 faiz evin daha yaxşı olduğuna inanır, yəni Yer kürəsində qalmağa üstünlük verir. Marsa uçmaq istəyənlərin əsas hissəsi Ufa və Yekaterinburqda yaşayanlardır. Rostov-na-Donu, Çelyabinsk və Nijni Novqorodda da bu planetə maraq yüksəkdir. Lakin Voronej, Kazan və Krasnoyarsk sakinləri daha az istəklidirlər. Moskvada respondentlərin 25, Sankt-Peterburqda isə 26 faizi Marsı fəth etmək arzusunda olduqlarını bildiriblər”.
Qeyd olunub ki, kişilər qadınlarla müqayisədə çoxluq təşkil edir:
“Ümumiyyətlə, hər 4 rusdan biri Marsa getmək niyyətindədir”.
Əliyar Xəlil
Globalinfo.az