“Ukrayna ərazisindəki münaqişə sülhlə başa çatacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Hamı bunun öhdəsindən gəlmək üçün çox çalışır. İnanıram ki, yekun istədiyimiz kimi olacaq”, – o bildirib.
Qeyd edək ki, Rusiya nümayəndə heyəti Ukrayna üzrə danışıqların ikinci raundunu keçirmək üçün Türkiyəyə gedib.
Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, diplomatlar iyunun 2-də səhər saatlarında dialoqu davam etdirməyə hazır olacaqlar.
Əliyar Xəlil
Globalinfo.az