Irakli

“Tbilisi Vaşinqtonla məsləhətləşmələr aparmağa və Gürcüstan-ABŞ münasibətlərində yeni səhifə açmağa hazırdır”. 

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O, Tbilisinin Vaşinqtonla yeni yol xəritəsinin hazırlanmasına razı olduğunu söyləyib:

“Gürcüstan rəhbərliyindən bundan daha aydın mesaj gözləmək çətindir. Bəzi amerikalı qüvvələr Gürcüstan-ABŞ münasibətlərinin bərpasına maneələr yaratmağa çalışırlar. Lakin biz ABŞ Prezidenti Donald Trampın bu qüvvələri məğlub edəcəyinə inanırıq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: