Xətaidə “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə konsert təşkil olundu – VİDEO

Xətaidə "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert təşkil olundu - VİDEO

Mayın 30-da “Konstitusiya və Suverenlik ili” çərçivəsində “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi və YAP Xətai rayon təşkilatının təşəbbüsü ilə konsert proqramı təşkil olunub.

Globalinfo.az bildirir ki, tədbirə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhid və qazi övladları, rayon sakinləri qatılıblar.

Çıxış edənlər uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıblar. Daha sonra dövlət uşaq siyasətindən danışan natiqlər ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində vahid və güclü qanunvericilik bazasının olduğunu diqqətə çatdırıb, dövlətimizin hər bir sahə üzrə uşaqlar üçün yaratdığı imkanlardan bəhs edərək uşaqlara daim xüsusi diqqət və qayğının göstərilməsi, sağlamlığının qorunması, onlar üçün keyfiyyətli təhsil imkanlarının təmin edilməsi, layiqli vətəndaş kimi formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar.

Konsertdə tanınmış müğənnilər və Xətai rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin istedadlı yetirmələri bir-birindən maraqlı, şən musiqi və rəqs nömrələri təqdim ediblər.

Böyük coşqu və vətənpərvərlik əhval-ruhiyyəsi ilə keçən konsert proqramı sakinlər, xüsusən də balacaların qəlbinə sevinc, üzünə təbəssüm gətirib.

Bir 2 nəfər, səs ucaldıcı və televiziya şəkili ola bilər6 kişi, hoparlör ve şunu diyen bir yazı '20 Tik TIK-TOK Tok meиoc' görseli olabilir5 kişi, çocuk, hoparlör, kürsü ve yazı görseli olabilir3 kişi görseli olabilirkalabalık görseli olabilir5 kişi ve hoparlör görseli olabilir2 kişi, hoparlör ve yazı görseli olabilir4 kişi ve yazı görseli olabilir4 kişi ve yazı görseli olabilirbir veya daha fazla kişi ve kalabalık görseli olabilir8 kişi, hoparlör, kürsü ve yazı görseli olabilir8 kişi, dans eden insanlar ve yazı görseli olabilirbir veya daha fazla kişi ve kalabalık görseli olabilirbir veya daha fazla kişi, kalabalık ve yazı görseli olabilir6 kişi, dans eden insanlar ve yazı görseli olabilirkalabalık görseli olabilir8 kişi, dans eden insanlar, kürsü ve yazı görseli olabilir1 kişi, klarnet, saksafon ve kalabalık görseli olabilirbir veya daha fazla kişi ve kalabalık görseli olabilir10 kişi, keman ve yazı görseli olabilir4 kişi, çocuk, kalabalık ve yazı görseli olabilir10 kişi ve yazı görseli olabilir6 kişi, hoparlör, kürsü ve yazı görseli olabilir9 kişi ve yazı görseli olabilir14 kişi ve yazı görseli olabilir6 kişi ve yazı görseli olabilir1 kişi, hoparlör ve yazı görseli olabilir10 kişi, kürsü ve yazı görseli olabilirkeman ve kalabalık görseli olabilir8 kişi, dans eden insanlar ve yazı görseli olabilir9 kişi ve yazı görseli olabilir13 kişi ve dans eden insanlar görseli olabilir