Minifutbol üzrə Azərbaycan milli komandası Monteneqronu məğlub edərək dünya çempionatının finalına yüksəlib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yığmamızın baş məşqçisi Elşad Quliyev oyundan sonra fikirlərini bildirib:
– Xalqımızı təbrik edirəm. Möhtəşəm qələbədir. Dünya çempionatının finalındayıq. Bilmirəm necə hisslərdir. Azarkeşlər bizə böyük dəstək oldular. Final oynayacağıq. Bundan xoşbəxt gün ola bilməz.
– Demək olar ki, finalda hansı rəqib olsa da, biz çempionuq?
– Bunu finaldan sonra danışarıq. Bu gün finala yüksəlməyin ləzzətini çıxarmaq lazımdır.
– Finaldakı potensial rəqiblərin oyununu izləyəcəksiz?
– Bəli. Ümidimiz, arzumuz dünya çempionu olmaqdır.














