bakan fidan ukrayna devlet baskani zelenski ile gorustu hjfp 1

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski teleqram hesabında paylaşım edib.

Görüş zamanı müharibənin başa çatdırılması istiqamətində atılan diplomatik addımlar müzakirə olunub. Zelenski Türkiyəyə təşəkkür edərək qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə İstanbulda keçirilən sülh danışıqları nəticəsində 1000 ukraynalı əsirin evlərinə dönməsi mümkün olub.

Prezident əlavə edib ki, həyata keçirilən “1000-in 1000ə” formatlı əsir mübadiləsindən sonra Rusiya atəşkəslə bağlı memorandum hazırlayıb tərəflərə göndərməli idi, lakin bu baş verməyib.

“Ukrayna bu sənədi almayıb, Türkiyə də almayıb. Görüşün mənalı olması üçün gündəmi açıq olmalı və danışıqlar düzgün şəkildə hazırlanmalıdır. Təəssüf ki, Rusiya növbəti mümkün görüşün nəticə verməməsi üçün əllindən gələni edir”, – deyə Zelenski bildirib.

Sonda Ukrayna lideri Türkiyənin ölkəsinin ərazi bütövlüyünə və suverenliyinə verdiyi konkret dəstəyə görə minnətdarlığını ifadə edib və əlavə edib:

“Türkiyə ilə diplomatiyanı effektiv hala gətirməyə yönəlmiş bütün əməkdaşlığımızı dəyərli hesab edirik”.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: