“Haribo” firmasının “Happ Cola” seriyasında narkotik aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, Niderlandda uşaqlar da daxil bəzi müştərilər jelibonları yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Məlumata görə, məsələ ilə bağlı polisə şikayət daxil olub və nəticədə araşdırma başladılıb. Laboratoriya testləri zamanı həqiqətən də marmeladların tərkibində qeyri-qanuni qatqı olduğu aşkarlanıb.
Qadağan olunmuş maddə ilə bağlı istintaq başladılıb.
Artıq firmanın istifadə müddəti 2026-cı ilə kimi nəzərdə tutulan məhsulları satışdan toplamağa başladığı deyilir.
Ayşən Mustafa
Globalinfo.az