Milli Məclisin spikeri Sahibə Qafarova 2025-ci il yaz sessiyasının bu gün başa çatdığını bildirərək sessiya ərzində görülən işlər haqqında qısa məlumat verib.
Globalinfo.az bildirir ki, ötən yaz sessiyasında Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirdiyini bildirən S.Qafarobva bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrinin rolunu qeyd edib.
Bu baxımdan Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan iş birliyinin əhəmiyyəti xüsusi vurğulanıb.
Milli Məclisin yaz sessiyasını uğurla başa çatdırdığını deyən Sahibə Qafarova səmərəli iş üçün deputatlara təşəkkür edib.
Sonra parlamentin sədri Milli Məclisin yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Milli Məclisin 2025-ci il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.
***11:03
Milli Məclisin yaz sessiyası üzrə son plenar iclası başlayıb.
Globalinfo.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 10 məsələ daxil edilib.
İclasın gündəliyində Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi də yer alıb.
İllik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edəcək.