pasinyan yeni

Ermənistan Baş naziri Nikol Paşinyanın Feysbuk səhifəsində yazdığı status müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, onun “Həzrətləri, get dayının arvadını döyməyə (daha sonra bu ifadə təhqirlə əvəzlənib – red.) davam et, mənimlə nə işin var?” yazması birmənalı qarşılanmayıb.

Paşinyanın kimi nəzərdə tutduğu, niyə belə bir paylaşım etdiyi bilinmir.

Bəzi Feysbuk istifadəçiləri ölkənin baş nazirinin səhifəsinin sındırıldığını düşünür.

Qeyd edək ki, bir qədər əvvəl N.Paşinyan Ermənistanda bəzi kilsələrin acınacaqlı vəziyyətdə olduğunu bildirmişdi. Buna görə də onun sözügedən paylaşımda ermənilərin katolikosu II Qaregini nəzərdə tutduğu ehtimal edilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: