prez 934

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda qeyd olunub:

“Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi və ən xoş arzularımı çaldırmaqdan məmnunluq duyuram.

Liviya Dövləti və Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu bildirirəm.

Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı ifadə edir, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etmənizi xahiş edirəm”.

X X X

San-Marino Respublikasının Kapitan-Regentləri Denise Bronzetti və İtalo Riqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, mətubda deyilir:

“Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə uğurlar diləyir, ən yüksək ehtiramımızı bildirir, Azərbaycan xalqına rifah və firavanlıq dolu gələcək arzulayırıq”.

X X X

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Zati-alinizə cansağlığı və rifah, Azərbaycan xalqına daha da çox tərəqqi və firavanlıq diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcəkdir.

Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram.

Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***15:32

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm”.

X X X

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Malta xalqı adından, həmçinin öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu il Malta Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və ümumi anlaşma əsasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Əminəm ki, dövlətlərimiz arasında münasibətlər gələcək illərdə də inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zatı-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına İrlandiya xalqı adından və öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox rifah və xoşbəxtlik gətirsin!”

X X X

“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Sizi “Azİz” Assosiasiyası və bütün dost İsrail xalqı adından böyük bayram – Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1918-ci il mayın 28-i Azərbaycan xalqının azadlıq, demokratiya və müstəqillik hüququnu dünyaya bəyan etdiyi gündür.

Güclü, qüdrətli dövlət olan müasir Azərbaycanı İsrail ilə möhkəm dostluq münasibətləri, qarşılıqlı hörmət və geniş əməkdaşlıq birləşdirir.

Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması həmişə səmimiyyət, hörmət və təhlükəsizlik hiss edib. Bu nadir münasibət hər iki xalq üçün fəxrdir.

“Azİz” Assosiasiyası ölkələrimiz arasında tərəfdaşlığın, dialoqun və mədəni mübadilənin inkişafına öz töhfələrini verməkdə davam edir.

Bu əlamətdar gündə Azərbaycana daha böyük tərəqqi və yeni nailiyyətlər arzulayıram. Qoy, xalqlarımız arasında dostluq daha da möhkəmlənsin və bütün vətəndaşlarınız ölkənizdə hər zaman firavanlıq, təhlükəsizlik şəraitində, qürurla yaşasınlar!”

X X X

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Şri-Lanka ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa, qarşılıqlı anlaşmaya və ümumi dəyərlərə əsaslanan səmimi dostluq əlaqələri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Zati-alinizin uzaqgörən rəhbərliyi Azərbaycanı sülh, tərəqqi və firavanlıq yolu ilə irəliyə doğru aparmışdır.

Mən, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), xüsusilə də iqlim dəyişikliyi problemi ilə bağlı kollektiv səylərin birləşdirilməsində Azərbaycanın nümunəvi rəhbərliyini yüksək qiymətləndirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram”.

Paylaş: