hemas 1 scaled
HƏMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza zolağı ilə bağlı təklifi ilə razılaşıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın bəyanatında deyilir.

Razılaşma əsirlərin mübadiləsini, İsrail ordusunun Qəzzadan çıxarılmasını və humanitar yardımın çatdırılmasının davamını nəzərdə tutur.

Xatırladaq ki, daha əvvəl də HƏMAS-ın Uitkoffun təklifi ilə razılaşması barədə xəbərlər yayılmışdı, lakin Uitkoff bu xəbərləri təkzib etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: