Mayın 28-nə keçən gecə Ukrayna ordusu Moskva vilayətinə hücum edib.
Globalinfo.az xəbər verir ki, bunu vilayət qubernatoru Andrey Vorobyov məlumat yayıb.
“Hava hücumundan müdafiə qüvvələri rayonun 12 bələdiyyəsində hədəflər üzərində işləyib. Ümumilikdə 42 PUA vurulub”, – Vorobyov bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində üç yaşayış binası zərər görüb.
“Hazırda hadisə yerində təcili tibbi yardım briqadaları işləyir”, – deyə Vorobyov əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az

