minifutbol 1741253813

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 finala yüksələn daha bir komanda bəlli olub.

Globalinfo.az xəbər verir ki, 1/8 final matçında Fransa üzərində 1:0 hesabı ilə qələbə qazanan Mavritaniya növbəti raunda yüksəlib.

Yığmanın yarımfinala gedən yoldakı rəqibi Macarıstan seçməsi olacaq.

***

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala adlayıb.

Globalinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/8 finalda son dünya çempionu Rumıniya ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Azərbaycan 1/4 finalda İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.

***

Macarıstan millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 finala yüksəlib.

Globalinfo.az xəbər verir ki, yığma Milli Gimnastika Arenasında baş tutan 1/8 final matçında Portuqaliyaya 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, macarlar yarımfinala gedən yolda Fransa – Mavritaniya cütünün qalibi ilə üz-üzə gələcəklər.

***

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunlarına start verilib.

Globalinfo.az  xəbər verir ki, bu raundda ilk olaraq İngiltərə və Bolqarıstan seçmələri üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (3:1) ingilislər növbəti mərhələyə adlayıblar.

Qeyd edək ki, İngiltərə 1/4 finalda Azərbaycan – Rumıniya cütünün qalibi ilə qarşılaşacaq.

Paylaş: