MSDHAPO EC008 H 2025

HBO-nun hazırladığı yeni “Harri Potter” serialında baş rolları canlandıracaq aktyor heyəti açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Qeyd olunur ki, Harri Potter rolunda Dominik Maklaflin, Hermiona Qreyncer rolunda Arabella Stenton, Ron Uizli rolunda isə Alaster Staut çıxış edəcək.

Yeni aktyor seçimi sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər klassik üçlüyün yeni simalarla əvəzlənməsinə fərqli reaksiyalar veriblər. HBO isə layihənin orijinal kitablara daha sadiq qalacağını və hər mövsümün bir kitabı əhatə edəcəyini bildirir.

Serialın premyerası 2027-ci ilə planlaşdırılıb.

photo 2025 05 27 19 27 34

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: