Moskva şəhər məhkəməsi bloger Hüseyn Həsənovun apellyasiya şikayətini rədd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məhkəmənin hökmünü elan edən hakim bildirib:
“Tərəflərin mövqeləri dinlənildikdən sonra birinci instansiyanın qərarı dəyişdirilmədən saxlanılsın, Həsənovun vəkilinin apellyasiya şikayəti təmin edilməsin”.
Qeyd edək ki, Həsənov barəsində daha əvvəl həbslə bağlı qərar çıxarılıb və o, beynəlxalq axtarışa verilib.
İstintaq orqanlarının məlumatına görə, Həsənov 2019-2021-ci illərdə 170 milyondan çox rubl məbləğində vergi ödəməyib. Onlardan 20 milyon rubl qanunsuz olaraq leqallaşdırılıb və hüquqi mülkiyyətə malik kimi göstərilməyə çalışılıb. Bloggerə Rusiyanın Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi üzrə — külli miqdarda və ya cinayət yolu ilə əldə olunmuş digər əmlakın leqallaşdırılması (pul vəsaitlərinin yuyulması) ittihamı verilib.
Moskva prokurorluğunun açıqlamasına görə, Həsənov reklam fəaliyyəti göstərən fərdi sahibkarlıq hesabları vasitəsilə deyil, fiziki şəxslərin hesabları üzərindən vəsaitləri keçirib. İstintaq versiyasına görə, o, sponsorların, müxtəlif motivasiya kurslarının və idman mərcləri proqnozlarının alıcılarının vəsaitlərinin bir hissəsini öz şəxsi hesablarına və yaxınlarının hesablarına alıb. Sonra həmin pul nağdlaşdırılaraq Həsənova verilib.
*** 18:42
Moskva şəhər məhkəməsi bloger Hüseyn Həsənov barəsində vergi ödəməkdən yayınma ilə bağlı 170 milyon rubl dəyərindəki cinayət işi çərçivəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.
Xəbər yenilənir…
Aysel Əliyeva
Globalinfo.az