HƏMAS ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəslə bağlı təklifi ilə razılaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə qrupa yaxın Fələstin rəsmisi Reuters-ə bildirib.
Qeyd edilib ki, on girovun azad edilməsini və 70 günlük atəşkəsin nəzərdə tutulduğu yeni təklif HƏMAS tərəfindən qəbul edilib.
“Təklif 70 günlük atəşkəs və Qəzza zolağından qismən geri çəkilmək müqabilində HƏMAS-ın iki qrupda saxladığı on sağ israilli girovun azad edilməsini ehtiva edir”, – mənbə bildirib.