colorful balloons set against clear blue sky backdrop scaled
Türkiyədə baş verən hadisə bu gün sosial medianın gündəminə çevrilib.

Globalinfo.az xəbər verir ki, 3 yaşında xərçəng xəstəliyinə qalib gələn Ali Asaf Demirin atası sosial media hesabından insanlara müraciət edib.

“Bizim əhatəmiz geniş deyil. Oğlum xərçəng xəstəliyinə qalib gəldi və şart uçurtmaq istəyir. Gəlmək istəyən var?”, – deyə o, paylaşım edib.

Paylaşımda qeyd olunan ünvana gözlənilmədən yüzlərlə insan gəlib. Əllərində rəngli şarlarla “Ali Asaf tək deyil” şüarı ilə yürüş edən insanlar daha sonra həmin şarları havaya uçurublar.

Görüntülər böyük maraq doğurmaqla yanaşı, sosial mediada mənəvi birliyin simvolu kimi xarakterizə edilib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: