hava

Qazaxıstanda Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 20-21-də reyd keçirilib:

“Heyvanlar Tupkaraqan rayonunda Fort-Şevçenko şəhərinin Asan, Mys Bautin və Mys Urdyuk ərazilərində aşkar edilib. Əməkdaşlar dəniz sahilindən 5 kilometr aralıda yerləşən suiti cəmdəklərini yığaraq sanitar normalara riayət etməklə poliqonda məhv ediblər”.

Qurum qeyd edib ki, 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.

suiti

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: