Mayın 25-nə keçən gecə Rusiya ordusu Ukaynaya 367 raket və pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Düşmənə məxsus 266 ədəd “Şahed” PUA və digər növ pilotsuz uçuş aparatları zərərsizləşdirilib. Hərbçilər hücum nəticəsində Ukraynanın əksər bölgələrinin təsirləndiyini, 22 yerdə zərbələrin qeydə alındığını bildirib”, – qeyd edilib.
Məlumata görə, Rusiyanın zərbələri nəticəsində Kiyev, Nikolayev və Xmelnitsk vilayətlərində 10-dan çox ölən, 30-dan çox yaralı var.
Əliyar Xəlil
Globalinfo.az