Milli Məclisdə Heydər Əliyevlə bağlı dinləmə keçirilə bilər

Milli Məclisdə Heydər Əliyevlə bağlı dinləmə keçirilə bilər

Milli Məclisin deputatı Jalə Əliyeva parlamentdə ulu öndər Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsini təklif edib.

Globalinfo.az bildirir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında J.Əliyeva Heydər Əliyevin qadınların cəmiyyətdə önəmli mövqe tutması istiqamətində gördüyü işlərdən, xidmətlərindən danışıb.

Deputat qeyd edib ki, ümumilli liderin xalq qarşısında xidmətləri əvəzsizdir:

“O, qadın siyasəti və qadınların cəmiyyətdə əhəmiyyətli mövqe tutmasında çoxsaylı xidmətlər görüb. Odur ki, təklif edirəm ki, parlamentin yaz sessiyası müddətində keçiriləcək iclaslarında Heydər Əliyevə həsr olunan dinləmələr keçirilsin”.