Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı – FOTO

Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı - FOTO

Ağdaşda vəzifəli şəxsin meyiti tapılıb.

Globalinfo.az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.

64 yaşlı Əhliman Səlim oğlu Hacıyev yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı - FOTO