17:24
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa arasında görüş baş tutub.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, görüş İstanbuldakı Dolmabahçe sarayında baş tutub.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın, Suriyanın xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani və digər rəsmi şəxslər iştirak ediblər.
Ərdoğanla Şara görüşdə iki ölkə arasında münasibətlər və qlobal proseslər barədə müzakirə aparıblar.
Ərdoğan ABŞ və Avropa Birliyinin Suriyaya sanksiyaları ləğv etməsindən məmnun olduğunu söyləyib.
O, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının, həmçinin ikitərəfli münasibətlərdə qonşuluq və qardaşlıq siyasətinin davam edəcəyini bildirib.
Şara Ərdoğana dəstəyinə görə təşəkkür edib.
Görüş qapalı keçirilib.













